Menyu

Qarabağ” – “Bayer” matçına görə metronun iş rejimi dəyişdirildi

Əziz Əzizli
Qarabağ” – “Bayer” matçına görə metronun iş rejimi dəyişdirildi

"Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində Almaniyanın “Bayer” klubu ilə qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

"Operativ Media" xəbər verir ki, “Qarabağ”ın müraciəti və bu qarşılaşmaya Azərbaycanda marağın böyük olması nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyən azarkeşlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişiklik edib. Bakı metropoliteni martın 8-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq

Teqlər:

"Qaraba\u011f\u201d \u2013 \u201cBayer\u201d mat\u00e7\u0131na g\u00f6r\u0259 metronun i\u015f rejimi d\u0259yi\u015fdirildi"

Əlaqəli Xəbərlər