Ötən gün 38 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Nərmin Qocamanlı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 4-də ümumi çəkisi 38 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,6 kiloqrama yaxın heroin, 27,3 kiloqramdan çox marixuana, 3,1 kiloqramdan çox tiryək, 1 kiloqramdan çox metamfetamin, həmçinin 5000 ədəd metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.