Bakı şəhər DYP İdarəsindən verilən məlumata görə, paytaxt ərazisində cari ilin yanvar və fevral aylarında ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 62 fakt, qəza nəticəsində ölənlərin sayı 25 nəfər, xəsarət alanların sayı isə 46 nəfər olub.
"Operativ Media" xəbər verir ki, bu barədə 2024-cü ilin iki ayı ərzində paytaxt ərazisində qeydə alınmış yol-nəqliyyat hadisələri ilə bağlı DYP-nin yaydığı statistik məlumatda bildirilib.
Ötən ilin müvafiq ayları ilə müqayisədə qəzaların sayı 3 fakt (4,6 faiz), ölənlərin sayı 7 nəfər (21,9 faiz), xəsarət alanların sayı isə 8 nəfər (14,8 faiz) azalıb.
Teqlər:
"Bak\u0131da son iki ayda yol q\u0259zalar\u0131nda 25 n\u0259f\u0259r \u00f6l\u00fcb"