Azərbaycanda ilin sonuna kimi elektron reseptə tam keçid təmin ediləcək
Nərmin Qocamanlı
Bu il yanvar ayının 1-dən elektron resept sisteminin ölkə ərazisində fəaliyyət göstərən bütün tibb müəssisələrində tətbiqinə başlanılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, sistemə həm özəl, həm də dövlət tibb müəssisələrində tam keçid mərhələli şəkildə ilin sonuna kimi təmin ediləcək.
"Özəl və ya dövlət tibb müəssisəsində çalışan, resept yazmaq səlahiyyətinə malik şəxslər üçün sistemə ayrıca giriş yaradılır. Bu şəxslər sistemə daxil olaraq, “resept yaz” bölməsində reseptləri yazırlar", - deyə məlumatda qeyd edilib.
Teqlər:
"Az\u0259rbaycanda ilin sonuna kimi elektron resept\u0259 tam ke\u00e7id t\u0259min edil\u0259c\u0259k"