Həftəsonu 9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Nərmin Qocamanlı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 2-də və 3-də ümumi çəkisi 8,5 kiloqramdan artıq narkotik vasitə, həmçinin 290 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.