Menyu

Ağdamda mina partlayışı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır - YENİLƏNİB

Ağdamda mina partlayışı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır - YENİLƏNİB

Martın 3-də Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində 1995-ci il təvəllüdlü Abbasov Bəxtiyar Yaqub oğlunun mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

"Operativ Media" xəbər verir ki, bu barədə medianın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

***

11:54

Bu gün (3 mart - Qeyd) Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində mina partlayışı baş verib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında deyilir.

Qeyd olunub ki, 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Bəxtiyar Yaqub oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə mina partlayışı nətisində hər iki ayağından xəsarət alıb.

Xəsarət alan şəxs xəstəxanaya təxliyyə edilib.

"AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!", - məlumatda vurğulanıb.

Teqlər:

"A\u011fdamda mina partlay\u0131\u015f\u0131 il\u0259 ba\u011fl\u0131 rayon prokurorlu\u011funda ara\u015fd\u0131rma apar\u0131l\u0131r - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər