FHN: İmişlidə 11 yaşlı uşağın axtarışları davam etdirilir
Nərmin Qocamanlı
26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir.
FHN-dən "Operativ Media"ya verilən xəbərə görə, hazırda Nazirliyin qüvvələri tərəfindən uşağın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
Axtarış əməliyyatları, həmçinin kanal boyu mürəkkəb keçidlərdə suyun səviyyəsinin endirilməsi ilə fasiləsiz davam etdirilir.
Teqlər:
"FHN: \u0130mi\u015flid\u0259 11 ya\u015fl\u0131 u\u015fa\u011f\u0131n axtar\u0131\u015flar\u0131 davam etdirilir"