Menyu

Saatlıda piyadanı avtomobil vuraraq öldürüb

Nərmin Qocamanlı
Saatlıda piyadanı avtomobil vuraraq öldürüb

Bu gün saat 17:00 radələrində Saatlı rayonunun Qara Nuru kəndi ərazisində İmişli rayon sakini, 1991-ci il təvəllüdlü Gündüz Hacıyev idarə etdiyi "Daewoo" markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolu keçmək istəyən kənd sakini 2016-cı il təvəllüdlü P.Məmişovanı vurub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

Teqlər:

"Saatl\u0131da piyadan\u0131 avtomobil vuraraq \u00f6ld\u00fcr\u00fcb"

Əlaqəli Xəbərlər