Rusiyanın "IrAero" şirkəti aprelin 2-dən Omskdan Bakıya uçuşlara başlayacaq
Əziz Əzizli
Rusiyanın “ IrAero” viaşirkəti aprelin 2-dən Omsk-Bakı reysinə başlayacaq.
"Operativ Media"nın məlumatına görə, bu barədə TASS-a Omsk hava limanının mətbuat xidmətindən məlumat verilib.
“IrAero” viaşirkəti Omsk-Bakı reysinə biletlərin satışına başlayıb. Azərbaycanın paytaxtına ilk uçuş aprelin 2-də həyata keçiriləcək. Uçuş proqramı oktyabrın 22-dək açıqlanmışdı.
Qeyd edilib ki, bu şəhərlər arasında sonuncu dəfə birbaşa uçuşlar 2014-cü ildə həyata keçirilib.
Uçuşlar həftədə bir dəfə “Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək. Təyyarə çərşənbə axşamı saat 02:50-də Omska çatacaq və yerli vaxtla saat 04:00 radələrində əks istiqamətə yola düşəcək.
Səyahət vaxtı üç saat yarımdır.
Teqlər:
"Rusiyan\u0131n \"IrAero\" \u015firk\u0259ti aprelin 2-d\u0259n Omskdan Bak\u0131ya u\u00e7u\u015flara ba\u015flayacaq"