Menyu

Bakıda 6 evdən oğurluq edən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Bakıda 6 evdən oğurluq edən şəxs saxlanılıb

Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində evlərdən oğurluq edən paytaxt sakini əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Vüsal Məmmədov saxlanılıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, araşdırma zamanı onun  rayon ərazisində 6 evdən pul və digər qiymətli əşyalar oğurladığı məlum olub.

Faktlarla bağlı 25-ci Polis Şöbəsində araşdırmalar aparılır. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polisə məlumat verə bilərlər.

Teqlər:

"Bak\u0131da 6 evd\u0259n o\u011furluq ed\u0259n \u015f\u0259xs saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər