Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 25-də Binəqədi qəsəbəsində evlərin birindən cibində 12.000 manat pul olan gödəkcə, Görədil bağlar sahəsində isə iki evdən təmir alətləri oğurlamaqda şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş İntiqam Əliyev saxlanılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.