Menyu

AZAL-ın təyyarəsi Ankarada məcburi eniş edib

Nərmin Qocamanlı
AZAL-ın təyyarəsi Ankarada məcburi eniş edib

“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) J2 8103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen hava limanı) reysini yerinə yetirən hava gəmisinin kapitanı təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən Ankaradakı beynəlxalq hava limanına enmək qərarına gəlib.

AZAL-dan “Operativ Media"ya verilən məlumata görə, təyyarə yerli vaxtla saat 10:39-da Ankarada eniş edib.

Sabiha Gökçen hava limanı ətrafında hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə İstanbula yola düşəcək.

Əlavə suallar yarandıqda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Teqlər:

"AZAL-\u0131n t\u0259yyar\u0259si Ankarada m\u0259cburi eni\u015f edib"

Əlaqəli Xəbərlər