Qaradağda mağazadan 4500 manat dəyərində oğurluq edilib
Nərmin Qocamanlı
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki ticarət mərkəzində mağazaların birindən 4500 manat dəyərində yataq dəstləri oğurlamaqda şübhəli bilinən Azad Seyidov müəyyən olunaraq saxlanılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.