Kürdəmir Rayon Polis Şöbəsinə rayonun Ucarlı kəndi ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 6 ədəd patron aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Teqlər:
"K\u00fcrd\u0259mir rayonunda silah-sursat tap\u0131l\u0131b"