Menyu

Sumqayıtda qaz təminatında fasilə yaranacaq

Nərmin Qocamanlı
Sumqayıtda qaz təminatında fasilə yaranacaq

Sumqayıtda 38500 abonentin qaz təminatında fasilə yaranacaq

Bu barədə "Operativ Media"ya Sumqayıt Qaz İstismar Sahəsindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhəri “Şəhər-4” təzyiqli qaz kəmərində “Təmiz Qaz” QSC tərəfindən aşkarlanmış qaz sızmalarının aradan qaldırılması və d-200 mm-lik RDUK baypas xətlərinin d-108 mm-likdən 159-mm-lik boru ilə əvəzlənməsi əlaqədar olaraq 28.02.2024-cü il tarixində saat 10:00-dan etibarən işlər yekunlaşana qədər Sumqayıt şəhərinin Corat bağları, Novxanı bağları, Saray bağları, Ceyranbatan, Yaşıl dərə yaşayış massivi, Qurd dərəsi, Novruz qəsəbəsi, Təzə və köhnə Corat, 10,11,12,13,16,17, 18, 20, 21-ci mikrorayonlar, 47, 48, 49, 50, 51, 52-ci məhəllə ərazilərinin 38500 sayda əhali abonentinin qaz təminatında məhdudiyyətlər yaranacaq.

Teqlər:

"Sumqay\u0131tda qaz t\u0259minat\u0131nda fasil\u0259 yaranacaq"

Əlaqəli Xəbərlər