Pirallahı qəsəbəsində Elmar Nəbiyev küçəsi əsaslı təmir edilib
Nərmin Qocamanlı
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı şəhərinin Pirallahı qəsəbəsində Elmar Nəbiyev küçəsi əsaslı təmir edib.
"Operativ Media"AAYDA-ya istinadən xəbər verir ki, 1,3 km uzunluğa, ortalama 5 metr enə malik sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılıb.
Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib. Küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Sonuncu mərhələdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması işləri icra olunub.
Teqlər:
"Pirallah\u0131 q\u0259s\u0259b\u0259sind\u0259 Elmar N\u0259biyev k\u00fc\u00e7\u0259si \u0259sasl\u0131 t\u0259mir edilib"