Prezident: Bu gün Xocalıda olmağımız tarixi ədalətin tam bərpası deməkdir
Nərmin Qocamanlı
Bu gün biz buradayıq (Xocalı – red.), burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Bu gün Xocalı qurbanlarının ruhu şaddır.
"Operativ Media" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə ifadə edib.
Dövlətimizin başçısı, həmçinin diqqətə çatdırıb: “Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, həm də eyni zamanda, əməliyyatları elə aparır ki, qısa müddət ərzində həlli mümkün olmayan kimi sayılan əməliyyatlar aparılmışdır, onlardan da biri, bəlkə də birincisi Şuşa əməliyyatıdır”.
Teqlər:
"Prezident: Bu g\u00fcn Xocal\u0131da olma\u011f\u0131m\u0131z tarixi \u0259dal\u0259tin tam b\u0259rpas\u0131 dem\u0259kdir"