Menyu

MN: "Komando başlanğıc kursu"nda praktiki məşğələlər yerinə yetirilir

Nərmin Qocamanlı
MN: "Komando başlanğıc kursu"nda praktiki məşğələlər yerinə yetirilir

Cari ilin hazırlıq planına uyğun olaraq, "N" hərbi hissəsində keçirilən "Komando başlanğıc kursu" davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, məşğələlər zamanı hərbi qulluqçular öyrəndikləri nəzəri biliklərini təlim sahəsində praktiki tapşırıqları icra etməklə möhkəmləndirirlər.

Plana əsasən, kurs iştirakçıları şərti düşmən hədəflərinin aşkar olunaraq atıcı silahlardan dəqiq atəşlə məhv edilməsi üzrə tapşırıqları yerinə yetiriblər.

Azərbaycan Ordusunda peşəkar kadrların hazırlanması, bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə keçirilən "Komando başlanğıc kursu"nda məşğələlər müasir döyüş üsulları nəzərə alınmaqla tədris olunur.

Teqlər:

"MN: \"Komando ba\u015flan\u011f\u0131c kursu\"nda praktiki m\u0259\u015f\u011f\u0259l\u0259l\u0259r yerin\u0259 yetirilir"

Əlaqəli Xəbərlər