Mikayıl Cabbarov Pirallahı Sənaye Parkında dərman vasitələrinin istehsalı zavodunda aparılan işlərlə tanış olub
Nərmin Qocamanlı
İqtisadiyyat naziri Mikayıl Cabbarov Pirallahı Sənaye Parkında “Supreme Pharmatech Manufacturing” MMC tərəfindən inşasına start verilən və 2024-cü ildə fəaliyyətə başlaması planlaşdırılan bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin istehsalı müəssisəsində aparılan işlərlə tanış olub.
"Operativ Media" xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında bildirib.
"Əczaçılıq sənayesində istehsalın lokallaşdırılması sahəsində növbəti layihəmiz olan bu müəssisənin fəaliyyəti ölkəmizin idxaldan asılılığının azaldılması istiqamətində hədəflərimizə töhfə verəcək", - M.Cabbarov qeyd edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma