Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanda səfərə gəlib.
"Operativ Media" xəbər verir ki, onun, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi gözlənilir.
Məlumata görə, görüş zamanı həm siyasi kontekstdə, həm də ticarət-iqtisadi istiqamətdə bir sıra məsələlər, mədəni-humanitar məsələlər, o cümlədən, yaşıl enerji layihəsi, Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi və Avropaya enerji ixracına töhfə verəcək enerji təhlükəsizliyi məsələləri və s. müzakirə olunacaq.