Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana gəlir.
"Operativ Media" xəbər verir ki, bu barədə Baş nazir Orbanın ofisindən bildirilib.
"Baş nazir Viktor Orban İsveçrəyə səfərindən sonra Azərbaycan Prezidentinin dəvəti ilə cümə günü (25 noyabr) BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) konfransında iştirak etmək üçün Bakıya səfərə yola düşüb.
Konfransdan əvvəl Orbanın Azərbaycan Prezidenti ilə ikitərəfli danışıqlar aparacağı gözlənilir.
Teqlər:
"Macar\u0131stan\u0131n Ba\u015f naziri Az\u0259rbaycana g\u0259lir"