Ermənistandan Rusiyaya gedən 700 yük maşını yolda qalıb
Redaksiya
Hazırda həm Rusiya, həm də Gürcüstan istiqamətində Verin Lars keçid məntəqəsində 850-dən çox erməni yük maşını yolun açılmasını gözləyir.
"Operativ Media" xəbər verir ki, bunu "Sputnik Ermənistan"a müsahibəsində Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan deyib .
“Hazırda Rusiyaya gedən yolda 700-ə yaxın yük maşını, əks istiqamətdə isə 150 yük maşını var".
Vahan Akopyan bildirib ki, Xaçı dağ aşırımında uçqun təhlükəsi aradan qalxan kimi Gürcüstan tərəfi təmizləmə işlərinə başlayacaq, yenidən yağıntı olmasa, yolu açmaq mümkün olacaq.
Qeyd edək ki, dünəndən etibarən yolla bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Səbəb isə havaların pisləşməsidir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net