Menyu

Müdafiə Nazirliyinin rəhbər heyəti "Dubai Airshow 2023" sərgisində iştirak edir

Nərmin Qocamanlı
Müdafiə Nazirliyinin rəhbər heyəti "Dubai Airshow 2023" sərgisində iştirak edir

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Airshow 2023" beynəlxalq sərgisində iştirak edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Nazirliyin rəhbər heyəti burada Türkiyə Müdafiə Sənayesinin "ROKETSAN" şirkətinin stendində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.

"ROKETSAN" şirkətinin rəhbərliyi ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Teqlər:

"M\u00fcdafi\u0259 Nazirliyinin r\u0259hb\u0259r hey\u0259ti \"Dubai Airshow 2023\" s\u0259rgisind\u0259 i\u015ftirak edir"

Əlaqəli Xəbərlər