Menyu

Azərbaycan, Özbəkistan və Qazaxıstanın iqtisadiyyat və energetika sahələri üzrə məsul nazirlərinin üçtərəfli görüşü keçirilib

Nərmin Qocamanlı
Azərbaycan, Özbəkistan və Qazaxıstanın iqtisadiyyat və energetika sahələri üzrə məsul nazirlərinin üçtərəfli görüşü keçirilib

Azərbaycan, Özbəkistan və Qazaxıstanın iqtisadiyyat və energetika sahələri üzrə məsul nazirlərinin üçtərəfli görüşü keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında bildirib:

"Azərbaycanın energetika naziri, həmkarım Pərviz Şahbazovla birlikdə iştirak etdiyimiz Azərbaycan, Özbəkistan və Qazaxıstanın iqtisadiyyat və energetika sahələri üzrə məsul nazirlərinin üçtərəfli görüşü iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi baxımından əhəmiyyətli oldu".

O, qeyd edib ki, görüşdə ölkələr arasında bərpa olunan enerjiyə fokuslanan tərəfdaşlığın inkişafı və Mərkəzi Asiya ölkələrindən elektrik enerjisinin nəqli imkanları müzakirə edilib.

Teqlər:

"Az\u0259rbaycan \u00d6zb\u0259kistan v\u0259 Qazax\u0131stan\u0131n iqtisadiyyat v\u0259 energetika sah\u0259l\u0259ri \u00fczr\u0259 m\u0259sul nazirl\u0259rinin \u00fc\u00e7t\u0259r\u0259fli g\u00f6r\u00fc\u015f\u00fc ke\u00e7irilib"

Fotogalereya

Əlaqəli Xəbərlər