Menyu

Alixan Smailov Çinə səfər edib

Nərmin Qocamanlı
Alixan Smailov Çinə səfər edib

Qazaxıstanın Baş naziri Əlixan Smailov Çində işgüzar səfərdədir.

“Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısının tapşırığına əsasən, Qazaxıstan Respublikasının Baş naziri Əlixan Smailov ÇXR-ə işgüzar səfərə gedib. Əlixan Smailovun ÇXR Dövlət Şurasının Baş naziri Li Tsyan ilə aparılacaq danışıqlar zamanı ticarət-iqtisadi əməkdaşlıq məsələlərinin geniş spektrinin müzakirəsi planlaşdırılır”, – məlumatda bildirilir.

Qeyd edək ki, Smailov Şanxayda 6-cı Çin Beynəlxalq İdxal Malları Sərgisinin açılışında da iştirak edəcək və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə birlikdə burada təqdim olunan milli pavilyonlarla tanış olacaq.

Teqlər:

"Alixan Smailov \u00c7in\u0259 s\u0259f\u0259r edib"

Əlaqəli Xəbərlər