Menyu

2024-cü ildə ölkədə ÜDM-in real ifadədə 118,4 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır

Nərmin Qocamanlı
2024-cü ildə ölkədə ÜDM-in real ifadədə 118,4 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır

 

Növbəti ildə ümumi daxili məhsulun (ÜDM) tərkibində qeyri-neft (qaz) sektorunun payının cari ilin proqnozuna nəzərən 6,2 faiz-bənd artımla 71,1 faizə çatacağı gözlənilir.

"Operativ Media" xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.

Layihədə qeyd edilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2024-cü il və sonrakı üç il üzrə baza-ssenaridə (neftin bir barelinin orta illik ixrac qiyməti 2024-2027-ci illər üçün 60 ABŞ dolları fərz edilməklə) makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2024-cü ildə ölkədə ÜDM-in real ifadədə 2,4 faiz artaraq 118,4 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in real ifadədə 4,6 faiz artaraq 84,2 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Növbəti ildə ÜDM-in tərkibində qeyri-neft (qaz) sektorunun payının cari ilin proqnozuna nəzərən 6,2 faiz-bənd artımla 71,1 faizə çatacağı gözlənilir. Proqnozlara əsasən, 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM real ifadədə 1,7 faiz azalacaq.

Teqlər:

"2024-c\u00fc ild\u0259 \u00f6lk\u0259d\u0259 \u00dcDM-in real ifad\u0259d\u0259 118 4 milyard manat t\u0259\u015fkil ed\u0259c\u0259yi proqnozla\u015fd\u0131r\u0131l\u0131r"

Əlaqəli Xəbərlər