Doqquz ayda internet bankçılıq vasitəsilə 172 milyard manatlıq əməliyyat aparılıb
Nərmin Qocamanlı
Azərbaycanın maliyyə sektoru dayanıqlıdır. Bu ilin yanvar-sentyabr aylarında internet bankçılıq vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 15 faiz artaraq 172 milyard manata bərabər olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov noyabrın 1-də Bakıda keçirilən VII Beynəlxalq Bankçılıq Forumunda deyib.
O bildirib ki, hesabat dövründə mobil bankçılıq 2,4 dəfə artaraq 18,4 milyard manata çatıb.
"Oktyabrın 1-nə dövriyyədə olan kartların sayı 20 faiz artaraq 16 milyon manat təşkil edib. Nağdsız ödənişlərin həcmi 3 dəfə artaraq, 33 milyard manata çatıb. Nağdsız dövriyyənin xüsusi çəkisi 12,4 faiz bəndi artaraq 54 faizi ötüb", - deyə F.Osmanov qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net