Menyu

Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirə bilər

Azərbaycan və Dünya Bankı əməkdaşlığı genişləndirə bilər

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlz Kormier, eləcə də Bərabər İnkişaf, Maliyyə və İnstitutlar üzrə regional direktoru Əsəd Ələmlə infrastruktur, rəqəmsal inkişaf, energetika sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edib.

“Operativ Media” nazirliyə istinadən xəbər verir ki, görüşdə Dünya Bankının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr də müzakirə mövzusu olub.

Görüşdə Mikayıl Cabbarov Dünya Bankı ilə əməkdaşlığa böyük önəm verildiyini, əlaqələrin çoxşaxəliliyini qeyd edib, Bank ilə investisiya mühitinin təkmilləşdirilməsi, dövlət-özəl sektor tərəfdaşlığı, özəl sektorun diaqnostikası, innovasiyalar, idarəetmə texnologiyalarının inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi və digər sahələr üzrə uğurlu əməkdaşlığı vurğulayıb.

Çarlz Kormier Bankın strateji inkişaf məqsədlərinə nail olunması istiqamətində Azərbaycan hökuməti ilə sıx əməkdaşlıqda maraqlı olduğunu bildirib, Bank tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan layihələr barədə fikirlərini bölüşüb.

Teqlər:

"Az\u0259rbaycan v\u0259 D\u00fcnya Bank\u0131 \u0259m\u0259kda\u015fl\u0131\u011f\u0131 geni\u015fl\u0259ndir\u0259 bil\u0259r"

Əlaqəli Xəbərlər