Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfərə gəlib.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Yaşar Gülər Azərbaycanda keçirilən "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təlimini izləmək və ikitərəfli danışıqlar aparmaq üçün Bakıdaya gəlib.
Onu hava limanında Azərbaycanın Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və digər hərbi nümayəndələr qarşılayıblar.