Menyu

Aeroportların icarəyə verilməsi təklif olunur

Aeroportların icarəyə verilməsi təklif olunur

Azərbaycanda region aeroportlarının icarəyə verilməsi təklif edilir.

"Operativ Media" xəbər verir ki, bu təkliflə deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi çıxış edib.

O qeyd edib ki, dünyada hava limanlarının çoxu icarəyə verilir.

“Bizim regionlarda yüksək standartlarla aeroportlar tikilib. Problem budur ki, aeroportlarda gündə 1-2 reys olsa, toy-bayramdır. Bu aeroportlar tenderə buraxılmalıdır. Bununla yüzlərlə iş yeri açılacaq. Sualım budur ki, bu günə qədər aeroportların işinə görə yenə büdcədən vəsait ayrılır? Əgər ayrılırsa, problemdir. Dünyada 55% aeroport icarədədir. Türkiyədə, Gürcüstan bir çox aeroportlar icarədədir”, - deyə deputat vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər