Menyu

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 11 % artıb

Nərmin Qocamanlı
Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 11 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 4 milyard 706,606 milyon manat təşkil edib.

"Operativ Media" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 % çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 18,2 % artaraq 1 milyard 210,757 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 8,6 % artaraq 3 milyard 294,949 milyon manat, aksizlər üzrə daxilolmalar 38,3 % artaraq 167,608 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 29,3 % azalaraq 33,293 milyon manat olub.

Teqlər:

"Az\u0259rbaycanda g\u00f6mr\u00fck orqanlar\u0131n\u0131n x\u0259tti il\u0259 b\u00fcdc\u0259 daxilolmalar\u0131 11 % art\u0131b"

Əlaqəli Xəbərlər