Ticari sektorda ödəniş daxilolmaları 7.2 milyard manat olub
Nərmin Qocamanlı
2023-cü ilin üçüncü rübündə ödəniş daxilolmalarında qeyri-ticari sektorun üstünlüyü davam edib.
"Operativ Media" Mərkəzi Banka istinadla xəbər verir ki, ticari sektorda ödəniş daxilolmaları ümumi daxilolmaların 19.4 faizi təşkil etməklə 7.2 milyard manat, qeyri-ticari sektorda isə 80.6 faiz təşkil etməklə 29.7 milyard manat olub.
Bütövlükdə, ötən rüblə müqayisədə cari ilin üçüncü rübündə ticari sektor üzrə iqtisadi aktivlik indeksində azalma, qeyri-ticari sektor üzrə isə artım dinamikası müşahidə edilib.
Teqlər:
"Ticari sektorda \u00f6d\u0259ni\u015f daxilolmalar\u0131 7.2 milyard manat olub"