Ölkə ərazisində quraşdırılan yeni nəsil nəzarət-kassa aparatlarının sayı açıqlandı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Xidmətdən "Operativ Media" ya verilən məlumata görə, indiyədək ölkə ərazisində 93 min 230 ədəd yeni nəsil NKA quraşdırılıb.
Bu növ NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2023-cü ilin yanvar-sentyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 16 milyard manatdan çox olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,6 faiz çoxdur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net