“Türkiyə-Azərbaycan Qarşılıqlı Bağlantı” layihəsi üzrə yol xəritəsi imzalanıb
Nərmin Qocamanlı
"Türkiyə-Azərbaycan 3-cü Enerji Forumundan sonra həmkarım cənab Pərviz Şahbazovla forumun protokolunu imzaladıq. Biz əməkdaşlığımızı və dialoq imkanlarımızı gücləndirən məhsuldar forum keçirdik".
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X"də bildirib.
"Bundan əlavə, TEİAŞ və “Azərenerji” arasında “Türkiyə-Azərbaycan Qarşılıqlı Bağlantı” layihəsi üzrə birgə həyata keçirilən yol xəritəsi imzalanıb.
İki ölkə arasında elektrik enerjisinin idxal və ixrac infrastrukturunun yaradılması nəzərdə tutulan bu layihənin xeyirli olmasını arzu edirəm", - o, qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net