"Fitch" Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı
"Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il iqtisadi artımın 1,8% təşkil edəcəyini proqnozlaşdırıb.
"Operativ Media" xəbər verir ki, bu, neft və qeyri-neft iqtisadiyyatlarında 2023-cü ilin ilk yarısında yaşanan azalmanın ardından mümkün olacaq.
Bildirilib ki, 2024-2025-ci illərdə qeyri-neft sektorunda artımı hesabına iqtisadi artımın orta hesabla 2,3% olacağı gözlənilir.
Yeni neft hasilatı enerji sektorunda azalmanı (2022-ci ildə 7,6% azalaraq gündə 676,000 barel) yavaşlada bilər. Bundan əlavə, Avropaya ixrac həcmini artırmaq üçün satınalma müqavilələri yekunlaşarsa, təbii qaz hasilatının daha da artacağı gözlənilir.
Teqlər:
"\"Fitch\" Az\u0259rbaycan\u0131n iqtisadi art\u0131m proqnozunu a\u00e7\u0131qlad\u0131"