Menyu

Azərbaycana pul köçürmələri azalıb - Mərkəzi Bank

Azərbaycana pul köçürmələri azalıb - Mərkəzi Bank

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana pul köçürmələri 45 faiz azalaraq, 891 milyon dollar olub.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ölkəyə pul köçürmələrinin 68 faizi Rusiyadan daxil olub.

Azərbaycandan pul köçürmələrinə gəlincə, S.Nəsirov qeyd edib ki, bu göstərici üzrə birinci yerdə Türkiyə (64,6 milyon ABŞ dolları), ikinci yerdə isə Rusiya (38,5 milyon ABŞ dolları) gəlir. Bütünlükdə ölkədən pul köçürmələrinin həcmi 254,5 milyon ABŞ dolları olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər