Menyu

Hikmət Hacıyev "Tiktok" və "Linkedin" nümayəndələri ilə görüşüb

Operativ Media
Hikmət Hacıyev "Tiktok" və "Linkedin" nümayəndələri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində bir sıra beynəlxalq mütəxəssislərlə görüşlər keçirib.

Operativ Media xəbər verir ki, sosial media hesabında paylaşım edən H.Hacıyev forum zamanı TikTok-un Şərqi Avropa üzrə Hökumətlə əlaqələr və dövlət siyasəti rəhbəri Diana Rayan, LinkedIn-in İctimai sektor və qeyri-kommersiya təşkilatları üzrə satış rəhbəri Şeymus Klansi, eləcə də "Dharana Digital"ın direktoru, süni intellekt və sosial media üzrə tədqiqatçı Dr. Karen Sazerlend ilə bir araya gəldiyini bildirib.

Görüşlər zamanı Azərbaycanla əməkdaşlığın genişləndirilməsi perspektivləri, rəqəmsal idarəetmə məsələləri və uşaqların onlayn mühafizəsinin gücləndirilməsinə dair Azərbaycanın yeni qanunvericiliyinin tətbiqi müzakirə olunub. Tərəflər, həmçinin bu sahədə mövcud olan ən yaxşı beynəlxalq təcrübələr barədə ətraflı fikir mübadiləsi aparıblar.




Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər