Azərbaycana narkotik qaçaqmalçılığı ilə bağlı 90 fakt aşkarlanıb
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 90 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 344 kq 610,925 qr və 20 930 ədəd həb metadon narkotik vasitə çıxarılıb.
Operativ Media xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında qeyd olunub.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 117-si qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 222 kq 563?3 qr və 950 ədəd həb metadon narkotik vasitə və psixotrop maddə, eləcə də 4,2 qr güclü təsir edən maddə müsadirə edilib.
1526 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 137 kq 582,1 qr müxtəlif növ narkotik vasitə müsadirə edilib.