Menyu

İraqda korrupsiya istintaqı zamanı 375 kq qızıl müsadirə edilib

Şəfa Hüseynli
İraqda korrupsiya istintaqı zamanı 375 kq qızıl müsadirə edilib

İraq hüquq-mühafizə orqanları elektrik enerjisi və neft sənayesində çalışan onlarla yüksək vəzifəli məmur, parlament üzvü və iş adamı ilə bağlı korrupsiya və rüşvətxorluq işlərinin istintaqı zamanı 375 kq qızıl müsadirə edib.

Operativ Media xəbər verir ki, bu barədə Ərəb Respublikası Ali Məhkəmə Şurasının sözçüsü Diya Cəfər bildirib.

İraq təhlükəsizlik qüvvələri korrupsiya ittihamları ilə 47 yüksək vəzifəli məmuru və İraq parlamentinin üzvünü saxlayıb.

Məlumata görə, hüquq-mühafizə orqanları müxtəlif rütbəli məmurlar üçün ən azı 200 əlavə həbs qərarı verib.

Eyni zamanda, İraq hakimiyyəti bu iş üzrə istintaqın davam etdiyini və neft və elektrik nazirliklərində korrupsiya ilə əlaqəli daha çox adın tezliklə açıqlanacağını qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər