WUF13 çərçivəsində “Koroğlu” – Bakı Olimpiya Stadionu marşrutu üzrə K1 servis avtobusu fəaliyyət göstərəcək
Operativ Media
14 may saat 06:00-dan etibarən xüsusi K1 servis avtobusu 24/7 rejimində “Koroğlu” Nəqliyyat Qovşağı ilə WUF13 tədbir məkanı olan Bakı Olimpiya Stadionu (BOS) arasında fəaliyyət göstərəcək.
Operativ Media xəbər verir ki, WUF13 tədbir məkanına ən yaxın və əsas nəqliyyat qovşağı olan “Koroğlu” iştirakçılar üçün Bakı Metropoliteni, ADY şəhərətrafı dəmir yolu xidmətləri və şəhər avtobus marşrutları vasitəsilə rahat bağlantı imkanı yaradır.
K1 servis avtobusu “Koroğlu” Nəqliyyat Qovşağında yerləşən Avtobus Nəqliyyat Mübadilə Mərkəzinin 4A perronundan hərəkət edəcək.
Servis avtobuslarından akkreditasiyadan keçmiş WUF13 iştirakçıları, bileti olan şəxslər və yerli iştirakçılar ödənişsiz istifadə edə biləcəklər.