Xəzər rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Operativ Media xəbər verir ki, buna səbəb ərazidə aparılacaq təmir-quraşdırma işləridir.
Bildirilib ki, sabah saat 10:00-dan etibarən işlər yekunlaşanadək Binə qəsəbəsinin Əli İsazadə və Məscid küçələrinin, həmçinin Binə Sovxoz adlanan ərazinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bildirilib ki, qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa olunacaq.