DİN: Qaradağdakı yanğınla bağlı təhlükəsizlik tədbirləri görülür
Operativ Media
Paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Operativ Media-ya bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.