Menyu

Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub

Operativ Media
Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Böyük Qafqaz dağlarında yerləşən Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub.

Operativ Media xəbər verir ki, tədbir Azərbaycan Alpinizm Federasiyası tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Yürüş iştirakçıları Quba rayonunun Xınalıq kəndi yaxınlığında, Qızılqaya silsiləsində yerləşən və dəniz səviyyəsindən 3751 metr hündürlüyündə olan Heydər Əliyev zirvəsinə qalxıblar.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi və Ekologiya, Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, həmçinin Azərbaycan Alpinizm Federasiyasının üzvləri iştirak ediblər.

Yürüşün əsas məqsədi Ulu Öndərin əziz xatirəsinin yad edilməsi, dağçılıq idmanının inkişafına töhfə verilməsi və sağlam həyat tərzinin təbliğidir. Tədbir iştirakçıları zirvədə Azərbaycan bayrağını dalğalandıraraq Heydər Əliyevin xatirəsini ehtiramla anıblar.

Fotogalereya

Əlaqəli Xəbərlər