Ağdamda ağır yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb
Operativ Media
Ağdam rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib.
Hadisə yerinə cəlb olunan FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri avtomobillərdə sıxılmış vəziyyətdə qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.