Menyu

“Gilan Pivot” “Caspian Agro 2026” sərgisində iştirak edib

Operativ Media
“Gilan Pivot” “Caspian Agro 2026” sərgisində iştirak edib
5-8 may 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən sayca 19-cu "Caspian Agro" sərgisində “Gilan Pivot” şirkəti iştirak edib.

Operativ Media xəbər verir ki, 45 ölkədən 447 şirkətin təmsil olunduğu sərgidə şirkətin stendi yüzlərlə qonağı qəbul edib, müxtəlif görüşlər və müzakirələr keçirilib.

Şirkətdən bildirilib ki, “Caspian Agro Week” çərçivəsində aqrar sahənin aktual mövzularına həsr olunan forum və panel sessiyalarında “Gilan Pivot”un rəhbər heyəti də spiker qismində iştirak edib.

Qeyd olunub ki, sərgi şirkət üçün faydalı əməkdaşlıq imkanları və yeni işgüzar əlaqələrin qurulması baxımından məhsuldar olub.

Sonda sərginin təşkilatçılarına, qonaqlara və tədbirdə iştirak edən əməkdaşlara təşəkkür ifadə olunub.

Fotogalereya

Əlaqəli Xəbərlər