Ana səhifə / Ölkə / Cəlilabadda mübahisə qanla nəticələnib Cəlilabadda mübahisə qanla nəticələnib 09.05.2026, 11:38 Operativ Media Cəlilabad rayonunda baş verən mübahisə qanlı hadisə ilə nəticələnib. Operativ Media xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, Nicat Cəbiyev və İlqar Quliyev arasında yaranan mübahisə zamanı Nicat Cəbiyev qarşı tərəfə çoxsaylı bıçaq xəsarətləri yetirib. Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Nicat Cəbiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı araşdırma aparılır.