Menyu

Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək

Operativ Media
Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək.

QMİ-nin mətbuat xidmətindən Operativ Media-ya bildirilib ki, səfər “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suverin dəvəti ilə baş tutur.

Vəqfin təşkilatçılığı ilə mayın 11-13-də İstanbulda keçiriləcək XXIX Avrasiya İqtisadi Zirvə toplantısının builki mövzusu “Qlobal məsuliyyət - müharibədən sonra dünya, yeni güc balansları, ortaq gələcək axtarışı, su ilə yaşıllığın tükəndiyi bir planetdə yaşam”dır.

Şeyxülislam A.Paşazadə Zirvə görüşündə çıxış edəcək, tədbir çərçivəsində görüşlər keçirəcəkdir.

Əlaqəli Xəbərlər