Birbank m-POS üçün aylıq 5 AZN xidmət haqqı tətbiq edəcək
Operativ Media
Birbank 24 maydan etibarən hər bir m-POS terminalı üçün aylıq 5 AZN xidmət haqqı tətbiq edəcək.
Operativ Media-nın xəbərinə görə, aprel ayından etibarən sifariş edilən hər yeni m-POS terminalı üçün aylıq 5 AZN abunə haqqı tətbiq olunmağa başlanılıb.
Abunəliyi olmayan mövcud terminal istifadəçilərindən bu məbləğ may ayından etibarən tutulmağa başlanacaq.
Qeyd edək ki, Mobil POS mikro fərdi sahibkarlar üçün nağdsız ödənişləri qəbul etməyin ən portativ üsuludur.
NFC dəstəkləyən Android cihazı ilə Wi-Fi və ya mobil şəbəkə üzərindən hər yerdə ödəniş qəbul etməyə imkan verir. Əlavə avadanlıq tələb olunmur və elektron qəbz göndərmək imkanı mövcuddur.