Menyu

Hantavirus nədir? Simptomları nələrdir? - AÇIQLAMA

Ayşən Sadıxzadə
Hantavirus nədir? Simptomları nələrdir? - AÇIQLAMA

"Hantavirus digər mikroorqanizmlərdən insana keçən bir virusdur və çox vaxt gəmiricilərlə yayılır. İnsanlar əsasən bu gəmiricilərlə təmasda olduqda, onların ifrazatlarına toxunduqda və ya həmin ifrazatların tozları nəfəs yollarına düşdükdə yoluxa bilirlər. Hətta virus uzun müddət, təxminən 8 həftəyə qədər gizli dövrdə qala bilər".

Bu sözləri Operativ Media-ya açıqlamasında professor Adil Qeybulla deyib. 

O bildirib ki, xəstəliyin əsas əlamətləri qızdırma, halsızlıq və ümumi intoksikasiya vəziyyətidir:

"Bəzi hallarda yuxarı tənəffüs yollarında ciddi dəyişikliklər yarana bilər. Xəstəlik irəlilədikdə ağciyər və ürək əzələsində zədələnmələr, yəni kardiopulmonar ağırlaşmalar baş verə bilər və ağır hallarda ölüm riski də mövcuddur.

Ona görə də belə hallarda insanlar mütləq həkimə müraciət etməli, özbaşına müalicə etməməlidirlər. Bütün tədbirlər həkim nəzarəti altında aparılmalıdır.

Eyni zamanda ev və ətraf mühitdə gəmiricilərlə bağlı gigiyenik tədbirlər görülməlidir. Əgər onların izləri və ya ifrazatları aşkar olunursa, təmizlik zamanı qoruyucu vasitələrdən istifadə edilməli, toz qalxmasının qarşısı alınmalı və dezinfeksiya aparılmalıdır.

Hazırda ölkəmizdə bu virusla bağlı rəsmi yoluxma qeydə alınmayıb, amma qlobal dünyada olduğumuz üçün bu tip infeksiyalara qarşı daim diqqətli olmaq vacibdir”.

Əlaqəli Xəbərlər