Bakı Metropolitenində aprel ayında sərnişin daşınması 20 milyonu ötüb
Aprel ayında "Bakı Metropoliteni" QSC tərəfindən 20 milyondan çox səfər həyata keçirilib.
Operaiv Media qurumun yaydığı məlumata istinadən xəbər verir ki, ötən ay ümumilikdə 20 510 029 sərnişinə xidmət göstərilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,11 % artım deməkdir.
Ay ərzində ən çox yüklənən stansiyalardan biri olan “Koroğlu” stansiyasından 1 824 773 nəfər istifadə edib.
2026-cı ilin ilk dörd ayı ərzində ən çox sərnişin daşınan üç gündən ikisi məhz aprel ayına təsadüf edib. Aprelin 3-də 819 536, aprelin 2-də isə 802 283 sərnişin daşınıb. Fevralın 18-i isə 818 376 sərnişinlə bu siyahıda ikinci yerdə qərarlaşıb.
NFC texnologiyası ilə ödəniş edən sərnişinlərin sayında artım meyli davam edir. Belə ki, ötən ay 8 057 376 nəfər bu üsuldan istifadə edib ki, bu da ümumi ödənişli sərnişinlərin 40,3 %-ni təşkil edir. Bundan başqa, “Əlçatan metro” xidmətinə müraciət edənlərin sayında da artım müşahidə olunub; ay ərzində qeydə alınan 236 sifariş ötən ilin aprel ayı ilə müqayisədə 35,6 % çoxdur.